Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Kəlbəcərli girovların saxlandığı Şuşa türməsindən ən son görüntülər… – Fotolar

Kəlbəcərli girovların saxlandığı Şuşa türməsindən ən son görüntülər… – Fotolar

Bu dəqiqə işğal altındakı torpaqlarımızın hər bir qarışında baş verənlər Azərbaycanı sevən hər kəs üçün maraqlıdır. İnternetin, digər informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə mütəmadi olaraq Şuşadan, Kəlbəcərdən, Laçından, Ağdamdan və s. müxtəlif görüntüləri görə bilsək də, o torpaqlar barədə bilgi əldə etməkdən qətiyyən usanmırıq. Hazırda o torpaqlarda hələ  yazdır. Gül bülbülü, bülbül gülü səsləyir.
Təəssüf ki, biz oralarda yoxuq. Amma o torpaqlarda, eləcə də “Ermənistan” dövlətinin qondarıldığı Qərbi Azərbaycanda sayını dəqiq bilmədiyimiz əsir və girovlarımız var ki, onların çoxu  3-cü onillikdir ki,  öz vətənlərində zülmlər içində qıvrılır, Azərbaycanın azad bölgələrini, Bakını, Gəncəni və s. görməkdən ötrü  burunlarının ucu göynəyir. Ancaq erməni əsirliyindəki soydaşlarımızdan  ikisinin adı-soyadı dəqiqdir – Dilqəm Əsgərov və Şahbaz Quliyev. 2014-cü ilin iyulunda Kəlbəcərdə girov götürülümüş  bu Azərbaycan vətəndaşları  həmin ilin dekabrından Şuşa türməsində saxlanılırlar. Bəs görəsən, onlar işğal altındakı bu Azərbaycan şəhərində hansı şəraitdə saxlanılırlar? Dilqəm və Şahbazın  hərdən dəhlizlərində gəzdiyi, havasını udduğu Şuşa türməsinin şəraiti necədir? Bu suallar da çoxumuzu düşündürür…
Azinforum.az  Şuşa həbsxanasının xarici mediadan əldə etdiyi son görüntülərini nəzərinizə çatdırır:
1.Şuşa türməsinin ümumi görünüşü.
2. Türmə binalarından biri.
3.Qapalı rejim kameralarından biri. Ermənilərin iddialarına görə, Kəlbəcər girovları da belə şəraitdə saxlanılır.
4. Qapalı rejimin “kaptyorka”sı- saxlanc otağı.
5. Qapalı rejimin məhbusu üçün hamam. Görəsən, Dilqəm və Şahbaz da burada yuyunurlar?
6. Qapalı rejimin məhbusları üçün gəzinti həyəti. Görəsən, Dilqəm və Şahbaz ayda neçə dəfə burda Şuşa havasını uda bilirlər?
7. Yarımaçıq rejim ucun ibadət otağı.
8. Yarımaçıq rejim üçün gəzinti yeri.
9. Karserin dəhlizi. Bəlkə də Dilqəm və Şahbaz hazırda elə bu kameralarda saxlanılır?
10. Karser.
11. Şuşa türməsinin həyətində məhbusların əkdiyi göy-göyərti və tərəvəz.
12. Şuşa türməsinin həyətində  tumurcuqlayan ağac…
13. Türmənin tibb məntəqəsi.
Qeyd edək ki, jurnalistlər bu materialı Çexiyanın “NESEHNUTİ” qeyri-hökumət təşkilatının dəstəyi ilə hazırlayıblar.
Sultan Laçın

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın