Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Avropa Oyunlarının bağlanış mərasimindən – Canlı yayım

Avropa Oyunlarının bağlanış mərasimindən – Canlı yayım

Bu gün Bakıda I Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçirilir.

Əvvəlcə Bakı Olimpiya Stadionunda “Bakı-2015” I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi keçirilib.

Bağlanış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.

M.Dadaşov mərasimin dünyanın ən böyük şouları sırasına daxil olacağını vurğulayıb.

Sonra rəqs qrupu səhnədə “Yallı” rəqsini ifa edib. Mahnı sədaları altında yeniyetmə idmançılar öz məharətlərini göstəriblər, rəqslər ifa olunub.

Müğənni Tünzalə Ağayeva səhnədə yer alıb, sonra M.Dadaşovun təklifi ilə stadionda “Meksika dalğası” yaşanıb. Bununla da mərasimin şou hissəsi başa çatıb və tədbirin rəsmi hissəsi başlayıb.

Virtualaz.org saytı 68 min nəfərlik tutuma malik Bakı Olimpiya Stadionunda keçirilən həmin mərasimi canlı olaraq təqdim edir:

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …

Bir cavab yazın