Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Hüquq müdafiəçiləri yeni həmməruzəçini tanımırlar

Hüquq müdafiəçiləri yeni həmməruzəçini tanımırlar

Mirvari Qəhrəmanlı: “Kim olmasının heç bir önəmi yoxdur, ədalətli olsun…”

AŞ PA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib. Qurumun 25 iyunda keçirilən toplantısında bu barədə qərar qəbul edilib. Yeni həmməruzəçi ispaniyalı parlamentar Aqustin Kondedir. O, bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Aqustin Konde də Pedro Aqramunt kimi AŞ PA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.
Hüquq müdafiəçilərinin yeni həmməruzəçi ilə bağlı mövqelərini öyrəndik. Məlum oldu ki, onların heç biri Aqustin Kondeni yaxından tanımırlar.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu görüşdükdən sonra  ispanyalı həmməruzəçi ilə bağlı fikirlərinin olacağını qeyd etdi: “Yaxından tanımırıq. Yəqin ki, görüşümüz olacaq. Ora gedəndə, yaxud o bura gələndə, sözsüz ki, görüşlərimiz olacaq. Onun  barəsində şəxsən mən eşitməmişəm”.
 
İşçi Qrupunun digər üzvü Mirvari Qəhrəmanlı yeni həmməruzəçinin əvvəlki ilə eyni partiyada təmsil olunduğunu bildirdi: “Eyni partiyanın, ölkənin siyasətini həyata keçirən şəxsdir. Söhbət şəxsin özündən getmir, ədalətdən və ədalətli baxışdan gedir. Sonrakı beş ildə həmməruzəçi o olacaq. Bir məruzəçinin getməsində, digərinin  gəlməsində heç bir fövqəladə hal yoxdur. Hətta ən radikal olan bir insan da gəlsə, bir yenilik olmayacaq. Sadəcə, kimin olmasının heç bir önəmi yoxdur.
Qeyd etdiyim kimi, ədalətli insan olmalı, hərtərəfli baxışının olması vacibdir. Söhbət bu dəqiqə AŞ PA ilə Azərbaycan arasında olan kəskin münasibətlərdən gedir. Ən əsası budur. Münasibətlərin belə olması narahatedicidir. Hüquq müdafiəçisi olaraq istərdim ki, real monitorinq aparan, real vədlər verən bir insan olardı. Hələ ki bu insanla görüşməmişəm. Çıxışlarını da eşitməmişəm. Azərbaycanla necə işləyəcək, bunu gələcək göstərəcək. Çox təəssüf  ki, məruzəçilərin hazırladıqları hesabatlarda Azərbaycanın ən ağrılı problemi olan ərazi bütövlüyümüz əks olunmur. Bu da sonda gördüyümüz fəsadlara gətirib çıxarır. Arzulayardım ki, hörmətli məruzəçi ölkədəki aidiyyəti bütün sahələr üzrə hesabatlar hazırlasın”.
Cavanşir ABBASLI

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın