Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Deputatlar oruc tutacaq? – SORĞU

Deputatlar oruc tutacaq? – SORĞU

Mübarək Ramazan ayınının başlamasına artıq sayılı günlər qalıb. Bəs görəsən, millət vəkilləri bu il oruc tutacaqlarmı?

Deputatlar arasında keçirilən sorğunu təqdim edirik:

Fatma Yıldırım:
“Xeyr, mən müəyyən səbəblərə görə oruc tuta bilməyəcəyəm. Səhhətimdə problemlər var. Ona görə də 2-3 ildir ki, oruc tuta bilmirəm. Dərmanlar qəbul edirəm.

Xalqımız bu bayramı yüksək səviyyədə qeyd edir. Qohumlarım, həyat yoldaşım, uşaqlarım, qardaşlarım – hamısı oruc tuturlar. Allah hər kəsin orucunu qəbul etsin. Hər birimiz müsəlmanıq. Allah hər kəsə sağlam can nəsib etsin ki, oruc tuta bilsinlər”.

Arzu Nağıyev:

“Mən əvvəl 7 il oruc tutmuşam. İndi işim və həyat tərzim elədir ki, bu il yəqin, tuta bilməyəcəyəm. Amma bu o demək deyil ki, mənim dini etiqadım yoxdur və əməl etmirəm. Sadəcə müəyyən səbəblər var ki, oruc tuta bilmirəm”.

Ramil Həsən:

“Bəli, mən artıq 12 ildir ki, oruc tuturam. Allahın izni ilə, bu il də tutacağam”.

Əminə Ağazadə:

“Xeyr, səhhətimdə olan problemlərlə bağlı mən oruc tuta bilməyəcəyəm”.

Asim Mollazadə:

“Xeyr, oruc tutmayacağam. Bunun səbəbi yoxdur. Sadəcə tutmayacam”. Sonxəbər.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …