Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Müğənnilərin telekanallara DARAŞMASI: “Məqsəd daha çox qazanc əldə etməkdir”

Müğənnilərin telekanallara DARAŞMASI: “Məqsəd daha çox qazanc əldə etməkdir”

Əməkdar artist Könül Kərimovanın Xəzər TV-də “Xəzər axşamı” adlı verilişdə aparıcılıq etməyə başlaması müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri bunu süngüylə qarşılayıb və son illər ənənə halını almış müğənnilərin aparıcılıq etməsini tənqid atəşinə tutublar.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış televiziya aparıcısı Turan İbrahimov özəl kanalların bu cür addım atmasının normal olduğunu deyib:

“Nəzərə almaq lazımdır ki, ARB, “Xəzər”, ATV, “Space” özəl kommersiya kanallarıdır. Bu telekanallar həm də biznes strukturlarıdır, yəni maddi gəlir ön plandadır. Onlar İctimai Televiziya və AzTV-nin daşıdığı missiyanı daşımır və buna məcbur da deyil.

Hazırda reklam bazarı, sosial şəbəkələr, dicital televiziyalar bu sahədə üstələyir deyə, özəl televiziyalar müxtəlif yollar axtarır ki, tamaşaçını özlərinə cəlb etsin, reklam payından müəyyən hissəni götürüb həm sağ qalsın, həm də qazanc əldə etsinlər. Buna görə də, müxtəlif layihələr hazırlanır ki, uğur əldə edilsin.

İstər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində özəl kanallarında müğənnilərin, aktyorların aparıcılıq etmə praktikası var. Həmin praktikadan istifadə edərək “Xəzər” telekanalı Könül Kərimovanı öz efirində aparıcı kimi görmək istəyir. Burada qüsurlu heç nə yoxdur”.

T. İbrahimov qeyd edib ki, cəmiyyətin Könül Kərimovanın proqramını qəbul edib-etmədiyini reytinqlər göstərəcək:

“Cəmiyyət bunu qınayır, bu cür yanaşma da yanlışdır, çünki sosial şəbəkələrin “Facebook” seqmentində müəyyən televiziyaya, ümumiyyətlə, o tip verilişlərə baxmayan kütlə var və onların fikirləri ümumilikdə cəmiyyətin rəyi deyil.

“Facebook”, “İnstagram” və “Tik-Tok”un öz auditoriyası olduğu kimi, televiziyaların da auditoriyası var. Veriliş efirə çıxandan sonra bunu reytinqlər göstərəcək ki, cəmiyyət onu qəbul edir, ya yox. Məhz ondan sonra bu barədə danışa bilərik. Əgər veriliş reytinq yığmasa, onda deyə bilərik ki, cəmiyyət bu verilişi və aparıcını qəbul etmir. Qalan müzakirələrin hamısı subyektivdir. Önəmli olan özəl televiziya kanalının məqsədidir, tamaşaçı auditoriyası toplamaq, reytinq qazanmaq və nəticədə reklam payından istədiyi qədərini öz üzərinə cəlb etməkdir”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …