Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Ukraynada öldürülən tələbənin ailəsindən – Reportaj

Ukraynada öldürülən tələbənin ailəsindən – Reportaj

Ukraynada qətlə yetirilən Azərbaycanlı tələbənin yaxınları baş vermiş hadisə haqda danışıblar.

“ Azinforum.az ” ARB Şəki-yə istinadən xəbər verir ki, Zaqatala rayon Yuxarı Tala kənd sakini 1994-cü il təvəllüdlü 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ukraynada ali təhsil alan Məhəmməd Səfərəliyevin öldürülməsi ilə bağlı yeni məlumatlar da üzə çıxıb.

Mərhumun qardaşı Ramin Səfərəliyev bildirib ki, hadisə iki nəfər şəxs tərəfindən törədilib: “Qardaşımı vəhşicəsinə qətlə yetiriblər. Səbəbi bilinmir. İnşallah, cinayətin üstü açılacaq. Qardaşım çox mərifətli, qanacaqlı, ailəcanlı biri idi”.

Qətli törədən şəxslərdən biri saxlanılıb, digərinin tapılaraq, istintaqa təhvil verilməsi istiqamətində hüquq mühafizə orqanları tərəfindən axtarış əməliyyat tədbirləri həyata keçirilir. Mərhumun meyitinin bu gün Azərbaycana gətirilməsi nəzərdə tutulur.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın