Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Referendum bitdi, nə olacaq? – 3 əsas istiqamət açıqlandı

Referendum bitdi, nə olacaq? – 3 əsas istiqamət açıqlandı

“Hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək”.

“ Azinforum.az ” xəbər verir ki, bunu TrendMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Deputatın sözlərinə görə, həmin üç istiqamətin birincisi dövlətin ümumi idarə olunması, onun gələcəkdə dünyada, regionda təhlükələrə, çağırışlara qarşı dözümlülüyünün və müqavimət gücünün artırılmasıdır: “Bu referendum buna imkan verdi və bu istiqamətdə işlər aparılacaq. Bu, birinci əsas məsələdir. Ona görə ki, ətrafa baxsanız görərsiniz ki, nə dərəcədə çətin proseslər, nə dərəcədə təhlükəli çağırışlar mövcuddur”.

S.Seyidov bildirib ki, ikinci əsas məsələ bütün sahələr üzrə islahatların aparılmasıdır: “Dünya və dünya iqtisadiyyatı tələb edir ki, iqtisadi, siyasi, mədəni – bütün sahələri əhatə edən islahatlar həyata keçirilsin. Cənab Prezident dəfələrlə bu islahatlar haqqında danışıb. Dövlət başçısına, onun apardığı islahatlara növbəti etimad bu islahatların, bu dəyişikliklərin həyata keçirilməsinə təkan yaradır”.

Komitə sədri qeyd edib ki, üçüncü əsas istiqamət Azərbaycan vətəndaşlarının hüquqlarının ən yüksək səviyyədə müdafiəsi ilə bağlıdır: “İnsan hüquqları ilə bağlı şəxsiyyətin toxunulmazlığı, torpaq mülkiyyəti, yəni Konstitutusiyaya edilən hər bir dəyişiklik Azərbaycan vətəndaşına daha yaxşı şəraitin yaradılmasına imkan verir. Hesab edirəm ki, bu üç istiqamətin hər biri yaxın zamanlarda cənab Prezidentinin siyasətində öz əksini tapacaq və bunun canlı şahidi olacağıq”.

Azərbaycan dövləti üçün xalqın mövqeyinin ən əsas məsələ olduğunu deyən deputatın sözlərinə görə, bu referendumu birmənalı şəkildə Azərbaycanın gələcəkdə daha güclü olmasına, beynəlxalq təşkilatlarda, beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmasına zəmin yaratmış proses kimi qiymətləndirmək olar: “Yəni bu reallıqdır. Beynəlxalq təşkilatlar da – Avropa Şurası, Avropa İttifaqı, eləcə də ABŞ Dövlət Departamenti, bir sözlə, bütün dünya bu referendumu tanıdı”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın