Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Sevgilisinə görə özünə qıyan qızdan son xəbər

Sevgilisinə görə özünə qıyan qızdan son xəbər

Paytaxtın Xətai rayonunda sevgilisini qısqandığına görə özünü binadan atan Xatirə Aşurovanın vəziyyəti ağırdır.

 

Bu barədə Axar.az-a Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib.

 

Onun çoxlu qan itirdiyi və qarın boşluğunda qanama olduğu bildirilib. 1997-ci il təvəllüdlü qız cərahiyyə əməliyyatı olunacaq.

 

Qeyd edək ki, hadisə dekabrın 9-u, saat 21:30 radələrində baş verib. Xatirə Aşurova Mehmandarov küçəsi-2 ünvanındakı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atıb.

 

O, “Azərsutikinti” xəstəxanasına yerləşdirilib, daha sonra Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Bu barədə ilk xəbəri “Virtualaz.org” saytı yazıb. İlkin məlumata görə, X.Aşurovanın intihar etməsinə səbəb sevgilisini qısqanmasıdır.

 

Fakt Xətai Rayon Prokurorluğunda araşdırılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın