Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Neftçilərin axtarışına 9 gəmi, 8 helikopter cəlb olunub

Neftçilərin axtarışına 9 gəmi, 8 helikopter cəlb olunub

“İtkin düşən neftçilərin genişmiqyaslı axtarış tədbirləri davam etdirilir”.

“Azneft” İstehsalat Birliyindən verilən məlumata görə, hazırda Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri itkin düşən neftçilərin axtarışlarına cəlb olunub.

Bildirilib ki, bütün sərhədboyu zonada axtarışlar aparılır. Həmçinin qeyd edilib ki, hazırda 5 gəmi “Günəşli” yatağındakı yanğının söndürülməsi ilə məşğuldur(azvision).

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən faciə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın