Ana səhifə / Siyasət / MTN-də yenilik: təcridxanada saxlanılan şəxslər yaxınları ilə görüşə bilir

MTN-də yenilik: təcridxanada saxlanılan şəxslər yaxınları ilə görüşə bilir

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqinə real olaraq başlanılıb.

Report”un xəbərinə görə, bunu vəkil Cavad Cavadov bildirib.

Vəkil qeyd edib ki, bu, MTN rəhbərliyinin dəyişməsi ilə bağlıdır: “Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar bu təcxridxanadan indiyə kimi təmin olunmurdu”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın