Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Şahbuzda qanunsuz ov edənlər saxlanılıb

Şahbuzda qanunsuz ov edənlər saxlanılıb

Şahbuz Rayon Polis Şöbəsindən Naxcivantv.az-a verilən məlumata görə,  dekabrın 12-də Şahbuz şəhər sakinləri Bəhruz Qurbanov və Emin Bağırov birlikdə Ayrınc kəndindəki Qara Qaya yaxınlığında kəklik ovlayıblar.

Qanunsuz ov edənlər  Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd edək ki, bu gün muxtar respublikanın ümumi sahəsinin 27,7 faizini xüsusi mühafizə statuslu təbiət əraziləri olan qoruq, milli park, yasaqlıqlar əhatə edir. Naxçıvanda 2001-ci ildən hər növ ovçuluğa qadağanın qoyulması burda nadir və nəsli kəsilməkdə olan fauna növlərinin sayının xeyli artmasına səbəb olub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın