Ana səhifə / İqtisadiyyat / “Biz və ölkəmiz Yeni SSRİ yaratmağa çalışırıq”

“Biz və ölkəmiz Yeni SSRİ yaratmağa çalışırıq”

SSRİ-yə bənzər ittifaqın yaradılması ilə bizim ölkə və biz hamımız çoxdan məşğuluq.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov söyləyib. Kommunist lider Qorbaçovu SSRİ-nin dağılmasında əsas günahkar adlandırıb:

“Qorbaçov hər şeydən əvvəl bizim ölkənin vətəndaşları qarşısında cavab verməlidir ki, o hansı əsasla SSRİ-ni qorumayıb. O zaman əhalinin dörddə üç hissəsi vahid ittifaq dövlətində yaşamağa səs vermişdi. İkincisi, Qorbaçovun Yeni SSRİ yaratmaq mövzusunu müzakirə etməyə haqqı yoxdur. Üstəlik, SSRİ-yə bənzər ittifaqın yaradılması ilə bizim ölkə və biz hamımız çoxdan məşğuluq. Bu iş üçün ilk əlini uzadan Belarus olub. O çoxdan bir yerdə yaşamağımızı arzulayır. Mənim fikrimcə, bu ideya artıq çoxdan qapımızı döyür. Bununla ciddi məşğul olmaq lazımdır. Mən Kreml və hökumətimizin bu işlə fəal məşğul olduğunu görmürəm”.

Qeyd edək ki, bundan öncə TASS agentliyinə müsahibə verən SSRİ-nin son prezidenti Mixail Qorbaçov Rusiyanın SSRİ-yə bənzər yeni ittifaq yarada biləcəyini söyləyib. Onun fikrincə, bu ittifaqın tərkibinə keçmiş SSRİ dövlətləri daxil olmalıdır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın