Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / “Şərurlu İsfəndiyar” 3 milyonundan belə keçdi

“Şərurlu İsfəndiyar” 3 milyonundan belə keçdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirvəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun nümayəndəsi vəkil Bəhruz Bayramov bildirib ki, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur.

O, A. Pirvəliyevin bağışlanıldığını deyərək, bununla bağlı məhkəməyə ərizə təqdim edib.

Məhkəmə kollegiyası ərizəni qəbul edib.

Qeyd edək ki, təqsirləndirilən şəxs iş adamı İsfəndiyar Axundovun sahibi olduğu “Stil” MMC və “Şaiq” MTK-ya ümumilikdə 3 milyon manatlıq ziyan vurmaqda təqsirləndirilir.

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın