Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma

Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

APA-nın məlumatına görə, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri – Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

Hadisə doğum günü münasibətilə “Vstreça” kafesində təşkil olunan məclisdə baş verib.

Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın