Ana səhifə / Siyasət / Sabiq rəisin oğlu qəzada öldü – FOTO

Sabiq rəisin oğlu qəzada öldü – FOTO

Ucar-Zərdab yolunun Ucarın Qazyan kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Azinforum.az ARB TV-yə istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobillə “VAZ 21011” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ”-da olanlardan Zərdab rayon sakini, 33 yaşlı Adışirin Sadıqov hadisə yerində ölüb. O, Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur. Ucar rayonunun Qazyan kənd sakini, 60 yaşlı Nizami Manafov və Zərdab rayon sakini, 51 yaşlı Cavanşir Mürşüdov isə xəsarət alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın