Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Qubada oteldə qətl edilən qızın atası universitet müəllimi çıxdı – FOTOLAR

Qubada oteldə qətl edilən qızın atası universitet müəllimi çıxdı – FOTOLAR

Qubada oteldə öldürülən qız müəllim ailəsindən olub. 

Azinforum.az Criminal.az-a istinadən xəbər verir ki, Qəçrəşdəki “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalovanın atası müəllimdir.

Məlumata görə, Zülfi Zalov Sumqayıt Dövlət Universitetində işləyir. Onların əlaqəsinin olmadığı bildirilir. Könülün isə bir azyaşlı övladı var.

Xatırladaq ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən qətlə yetirilib. Könüllə Elməddin bir yerdə istirahət mərkəzinə gəlib. Gecəni bir yerdə keçirən cütlüyün arasında ertəsi gün mübahisə yaranıb. Mübahisə zəminində Elməddinin Könülü boğub öldürdüyü bildirilir.

Mübahisənin qısqanclıq zəminində olması istisna edilmir.

Araşdırmalar davam etdirilir.

Mia.az K.Zalovanın fotolarını da təqdim edir:

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın