Ana səhifə / Siyasət / “Qanun qarşısında cavab verəcəklər” – Gömrük Komitəsindən açıqlama

“Qanun qarşısında cavab verəcəklər” – Gömrük Komitəsindən açıqlama

Dövlət Gömrük Komitəsi “Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?” başlıqlı məlumatlara münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, “Camaloglu LTD” şirkəti ixrac əməliyyatlarını gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirir və adları hallanan gömrük əməkdaşlarının guya qeyri-qanuni ixrac əməliyyatlarında iştirakı faktı da tam məqsədli şəkildə bu şər və böhtan xarakterli məlumatlarda qeyd olunur:

“Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını ölkə qanunlarına hörmət etməyə çağırır.

Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında cavab verəcəklər”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın