Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Polis 3 yaşlı uşağı “07” ilə vuraraq öldürdü

Polis 3 yaşlı uşağı “07” ilə vuraraq öldürdü

Bərdə rayonunda faciəvi hadisə baş verib. 

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, rayonun Mustafaağalı kəndində Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı Çingiz Quluzadə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac Həsənzadəni vurub. 3 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. Ç.Quluzadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın