Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Azərbaycanla münasibətlərin daha da inkişaf etməsi vacibdir” – Kliçko

“Azərbaycanla münasibətlərin daha da inkişaf etməsi vacibdir” – Kliçko

Ukrayna və Azərbaycan, Kiyev və Bakı arasında münasibətlərin daha da yaxınlaşması və inkişaf etməsi çox vacibdir.

“ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Kiyev şəhərinin meri Vitali Kliçko deyib.

O qeyd edib ki, prezident İlham Əliyevlə görüşü zamanı biznes sahəsində əməkdaşlığın, mədəniyyət, eləcə də idman sahəsində münasibətlərin inkişafı məsələsi müzakirə olunub.

V.Kliçko tərəflər arasında beynəlxalq tədbirlərin keçirilməsində təcrübə mübadiləsinin vacibliyini qeyd edib:

“Tezliklə Kiyevdə “Avroviziya” mahnı müsabiqəsi keçiriləcək. Bu müsabiqəni yüksək səviyyədə keçirmək üçün Azərbaycanın təcrübəsindən yararlanmaq bizim üçün maraqlıdır”.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın