Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Araşdırma / Polis əməkdaşının başçılıq etdiyi oğru dəstəsi ələ keçib

Polis əməkdaşının başçılıq etdiyi oğru dəstəsi ələ keçib

Abşeron rayonunda polis əməkdaşının başçılıq etdiyi oğru dəstəsi zərərsizləşdirilib.

Azinforum.az saytı «Azadlıq» qəzetinin məlumatına əsasən xəbər verir ki, Abşeronda baş vermiş silsilə oğurluqlar barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Təxminən 3 gün əvvəl isə oğurluqları törədən dəstə növbəti evi qarət etməyə gedərkən «iş başında» yaxalanıb. Məlum olub ki, dəstə üzvləri arasında polis əməkdaşı Sərxan Manafov da var. S.Manafov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Diplomatik Korpusların Mühafizə Taborunun 2-ci bölüyünün əməkdaşıdır. Təxminən 10 ilə yaxındır polis sistemində işləyən Sərxan Manafov öz tanışlarından ibarət 3 nəfərlik dəstə yaradıb və özü də dəstəyə başçılıq edib. O, qarət ediləcək evləri özü müəyyən edib dəstə üzvlərinə istiqamət verəndən sonra oğurluq planı həyata keçirilirmiş. Bu dəstə artıq 5 oğurluq hadisəsi törədib.

Sonuncu oğurluq hadisəsi də yanvarın 18-də Abşeron rayonunda Sərxan Manafovun müəyyən etdiyi evdən edilib. Lakin bu dəfə polis əməkdaşı həmin evdə təhlükəsizlik kamerası olduğunu bilməyib və oğru dəstəsi kameraya düşüb.

Abşeron rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat tədbərləri nəticəsində kamera görüntülərinə də baxış keçirilib və dəstə üzvləri yaxalanıb. Məlum olub ki, onlardan biri polis əməkdaşıdır. Artıq Sərxan Manafovun həbs olunaraq Kürdəxanı qəsəbəsindəki istintaq təcridxanasına göndərildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, yanvarın 18-də Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov Abşeron rayonu, Xırdalan şəhər sakini Cabir Nəbiyevin evinə daxil olaraq ev sahibi və onun oğlunu döyərək evdən 650 manat pul və 17 min manat dəyərində qızıl-zinət əşyaları apardıqlarına görə tutulublar. Hazırda Abşeron rayon Polis İdarəsində “quldurluq” maddəsi ilə cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir: “O ki qaldı Sərxan Manafovun polis əməkdaşı olmasına, o vaxtilə polisdə işləyib, sonradan işinin öhdəsindən gələ bilmədiyinə polis orqanlarından kənarlaşdırılıb. Hal-hazırda polis əməkdaşı deyil. Özü də polisdə sıravi işçi olub”.

Həmçinin oxuyun

“1xBet”də mərc etməyin qaranlıq tərəfləri – ARAŞDIRMA

Mərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin …

Bir cavab yazın