Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Eks-prezidentdən Putinə ittiham: “Qarabağda baş verənlər terrordur”

Eks-prezidentdən Putinə ittiham: “Qarabağda baş verənlər terrordur”

Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Rusiya əleyhinə növbəti dəfə çıxış edib.

Yuşenko Rusiya prezidenti Vladimir Putin və onun rejiminin 2 şeydən qorxduğunu bildirib.

“Putin və onun rejimi 2 şeydən qorxur. Bu, cəmiyyətin və dünyanın reaksiyasıdır. Cəmiyyətin reaksiyası bu rejimi tez məhv edir”.

Sabiq prezident Rusiya Federal Təhükəsizlik Xidmətinin (FTX) keçmiş əməkdaşı Aleksandr Litvinenkonun qətlini nəzərdə tutaraq deyib ki, bu cinayətə Ukraynaya qarşı terrorizm kontekstində yanaşılması vacibdir.

“Çünki, bizdə şərqdə 10 mindən çox övladımızı itirdik. Bu isə terrorizmdir”,-deyə o əlavə edib. Yuşenko daha sonra Rusiyanın Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiyada etdiklərini də terrorizm adlandırıb.

Osetiyada və ya Abxaziyada, Dnestryanıda, Dağlıq Qarabağda baş vermiş hadisələr terrordur. Rusiya dövlət olaraq və siyasi rejim kimi bu terrorun mənbəyidir”. Modern.az

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın