Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Araşdırma / Öldürülən həkim anasının Prezidentə acizanə müraciəti (Video)

Öldürülən həkim anasının Prezidentə acizanə müraciəti (Video)

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verən ölümlə nəticələnən hadisə zamanı Həsənova Səmayə Savalan qızının gözünün ağı qarası bircə övladı olan Həsənov Babək avtomobillə vurularaq öldürülmüşdür. Hadisə zamanı yolun kənarında duraraq telefonla danışan mərhum Babək sürrətlə hərəkət də olan Mersedes markalı avtomobillə vurularaq hadisə yerindəcə öldürülmüşdür.

Ancaq bu ölüm hadisəsindən sonra öldürülənin valideyini və uşaqları haqqda kimsə maraqlanmaması və hətda öldürənin ailə üzvləri tərəfdən təhqir olunduqlarını qeyd edir Səmayə Həsənova. Mərhumun həyat yoldaşı Həsənova Könül bildirir ki, hadisədən bir müddət polisə gedərək cinayət işini aparan müstəntiqlə görüşdüm. Binəqədi Polis İdarəsinin müstəntiqi Əbilov Pünhan üstümə qışqıraraq bildirdi ki, hadisəni törədənin şoferin psixi durumu pozuqdur mən ona nəsə edə bilmərəm. Könül xanım bildirir ki, müstəntiq belə dedikdə bildirdim ki, biz hadisə törədənin həqiqi psixi xəstə olmasını yoxlatdıracağıq deyəndə müstəntiq mülayimcəsinə cavab verərək mən elə söz deməmişəm.

Həsənova Səmayə bildirir ki, oğlum diş həkimi işləyirdi. Bu baxımdan da Mingəçevirdə yaşadığımız evimizi banga qoyaraq iyirmi min manat pul götürmüşdük. İndi oğlum öldürüldü və iki övladı və yoldaşı mənimlə qalır. Mən də ki, cəmi 160 manat təqaüd alıram. İndi mən bilmirəm bu yetimləri saxlayım yoxsa evimi satıb banka ödəyim. Öğlumun ölümü ilə də hələ maraqlanan olmayıb.
Qarşı tərəfin mövqeyin dərc edə bilərik.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın