Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Oğrular bu dəfə nəzir qutusundakı pula göz tikdi – VİDEO

Oğrular bu dəfə nəzir qutusundakı pula göz tikdi – VİDEO

Qubada oğurluqla məşğul olan qrup zərərsizləşdirilib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri – Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların həmin gün şəhər sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə birgə rayon ərazisindəki məscidlərdən birindəki nəzir qutusundan 300 manat pul oğurlamaları, habelə rayon sakini Natiq Kərimovun “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın