AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, qadın yeni doğulan uşağını basdıraraq üzərinə qum və taxta töküb. Ancaq, uşaq möcüzə olaraq həyatda qala bilib.

Belə ki, yaxınlıqda yerləşən zavodun işçiləri 3 gün sonra ağlamaq səsi eşidib. İşçilər dərhal həmin yeri taparaq uşağı çıxarıb.

Onlar uşağı polisə təhvil veriblər. Polis 25 yaşlı ananın axtarışına düşərək onu tapa biliblər. Qadın həbs edilib. Onun 4 yaşında daha bir övladı olduğu məlum olub. Qadın ailəsinin daha bir uşağın olmasını istəmədiyi üçün onu öldürməyə çalışdığını etiraf edib