Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / O arvadını, qaynanasını, qayınatasını və özünü niyə güllələdi? – RƏSMİ AÇIQLAMA

O arvadını, qaynanasını, qayınatasını və özünü niyə güllələdi? – RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağcabədidə törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluqdan virtualaz.org-a daxil olan birgə məlumatda qeyd olunur ki, 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun arvadı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası, 1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu, daha sonra özünü ov tüfəngindən atəş açmaqla öldürməsi faktı ilə bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Virtualaz.org xatırladır ki, Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı, qaynanası, qayınatasını güllələyərək qətlə yetirib.

Hadisə Ələsgər Quliyevin qayınatasının evində baş verib.

Hadisəni törətdikdən sonra Ə.Quliyev qəbiristanlıq yaxınlığında intihar edib. Şahidlərin sözlərinə görə, o, ərazidən qaçmağa çalışıb, lakin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ərazini mühasirəyə aldığını görərək, özünə atəş açaraq intihar edib

Mərhumlar Ağdam rayonu Mərzili kənd sakinləridir, Ağcabədi rayonu ərazisində məskunlasıblar.Qətli törədən isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın