Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət /  İCRA HAKİMİYYƏTİNİN İŞÇİLƏRİ İŞ VAXTI “CÜCƏLƏRİM”  OXUYUR, MEYXANA DEYİR  – CƏLİLABADDA

 İCRA HAKİMİYYƏTİNİN İŞÇİLƏRİ İŞ VAXTI “CÜCƏLƏRİM”  OXUYUR, MEYXANA DEYİR  – CƏLİLABADDA

Jurnalist Mirismayıl Xələfli Cəlilabad royun İcra Hakimiyyəti barədə yazdığı tənqidi  məqaləyə görə şantaj edildiyini deyir. XəbərAL.az saytının baş redaktorunun iddiasına görə, buna səbəb sözügedən rayonun icra hakimiyyətinin inzibati binasında şahidi olduqları biabırçı mənzərəni olduğu kimi qələmə almalarıdır.  Baş redaktor Azinforum.az-a açıqlamasında bildirib ki, onlar Cəlilabadda olarkən, rəsmi iş saatı   dönəmində əməkdaşların hündür səslə meyxana demələrinin, ardınca isə, “Cücələrim” mahnisını oxumaları ilə bağlı mənzərənin şahidi olublar. Buna irad bildirdikdə isə, icra hakimiyyətinin səlahiyyətlilərinin hücumuna məruz qalıblar.  

miri

Baş redaktorun sözlərinə görə, bununla kifayətlənməyən icra hakimiyyəti özlərini jurnalist adlandıran: Siyasət Quliyev və Xəyalə Quliyeva adlı şəxlər vasitəsilə Cəlilabadda baş verənlərlə bağlı yazdıqları tənqid səbəbindən  şantaj edilirlər:

  “Siyasət Quliyev özünü mətbuatın maqnatı adlandırdı. Özünü 20 ilin jurnalisti adlandıraraq “Gör sənin başına nə oyun açacam, səni məhv edəcəm , səni şantaj edəcəm, video görüntülər yayacam, mantaj edib rüsvay edəcəm, sən mənim adımın baş hərfini bilsən boğulacaqsan deyə , mənim facebook səhifəmə saatlarla yazdı. Görün bu insan özünə nə qədər əmindir ki, məni məhv elətdirməkdən danışır. Bu adi məsələ deyil. Artıq ölkə başçısına Cənab İlham Əliyevə , Respublika Prokurorluğuna Zakir Qaralova , DİN cənab Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə müraciət etmək qərarına gəlmişəm. Əminəm ki, hüquq- mühafizə orqanları lazımi tədbirlər görəcək”.

Azinforum.az baş redaktor tərəfindən adları çəkilən və özlərini 4-cü hakimiyyətin nümayəndələri adlandıran Siysət və Xəyalə Quliyevlə bağlı araşdırma aparıb. Onları media camiəsində tanıyan olmadğı üçün, əlaqə yarada bilmədik. Adları çəkilən şəxslərin də məsələyə münasibətini dərc etməyə hazırıq.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …

Bir cavab yazın