Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Nərimanovda yaşayış binasında yanğın: 4 nəfər təxliyə olundu

Nərimanovda yaşayış binasında yanğın: 4 nəfər təxliyə olundu

Bakının Nərimanov rayonunda ikimərtəbəli, kommunal tipli taxta konstruksiyadan ibarət yaşayış binasında yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə və digər otaqda 10 m² sahədə ev əşyaları yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın