Ana səhifə / Siyasət / İrandan sonra ABŞ da məşhur müğənni Ququşa qadağa qoydu

İrandan sonra ABŞ da məşhur müğənni Ququşa qadağa qoydu

Musavat.com “thefader”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsindən mühacirlərin ABŞ-a girişinin qadağan edilməsi qərarı İranın Azərbaycan əsilli dünya şöhrətli müğənnisi Ququşu bu ölkəyə getməkdən saxlayıb. Londonda albom hazırlıqlarını davam etdirən Ququşun hüquqşünaslarından biri  olan Soroş Şahramın verdiyi məlumata görə, vəkili Ququşa zəng edərək Amerikaya geri dönməməyi məsləhət verib. 
“Ququş yaşıl kartı sahibidir və Birləşmiş Ştatlara geri dönməməsi barədə hüquq müşaviri ona xəbərdarlıq edib”,- deyə Şahram “The Fader”ə bildirib. Fevral ayında Ququşun ABŞ-da konserti planlaşdırılıb. “Onun Amerikaya gedib-getməyəcəyi isə qeyri-müəyyən qalmaqdadır”,- deyə Şahram əlavə edib.
Qeyd edək ki, 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. Ququş 2000-ci ildə ABŞ-a köçüb, sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun “Qəribi Aşina” mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb.
Görünən odur ki, pop ikonu üçün tarix təkrarlanır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın