Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / Mafiya üzvünün arvadı necə yoxa çıxıb? – Azərbaycanda

Mafiya üzvünün arvadı necə yoxa çıxıb? – Azərbaycanda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü ilin noyabrın 24-də Qəbələ rayonunda iş adamı Vahid Vahabovu qətlə yetirməkdə, həmçinin, vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən 17 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkən Gündüz Cəfərov bildirib ki, onun 7-8 min manatlıq qızılını quldurluq yolu ilə aparıblar: “Gecə saat 2 olardı, evimdə yatırdım. Səsə oyanıb gördüm ki, evdə 3 nəfər maskalı adam var. Mənim durduğumu görüb dedilər ki, “narkobiznes”dən gəlmişik, səndə narkotik olması barədə məlumat var. Qorxdum, durub qaçmaq istəyəndə tutudular, biraz əlbəyaxa olduq. Sonra mənim əl-qolumu bağladılar. Aralarındakı danışıqdan bildim ki, birinin adı Müşfiqdi. Evdən 7-8 min manatlıq qızıllarımı götürüb getdilər”.

Digər zərərçəkən, G.Cəfərovun həyat yoldaşı Vüsalə Cəfərova da idafə verərək ərinin dediklərini təsdiqləyib.

Zərərçəkənlərdən biri Hilal Becanov avtobus dayanacağında təqsirləndirilən şəxslərdən ikisi tərəfindən bıçaqlandığını deyib: “Xəyalla toydan çıxıb dayanacağa gəldik. Biz gözləyəndə bir avtobus dayandı, kimsə mənə dedi ki, qadına yol ver düşsün. Mən baxanda gördüm ki, qara paltarlı, bütün üzü bağlı, bircə gözləri görünən bir qadındı. Özümdən asılı olmadan qorxdum, “bismillah” deyib çəkildim. Bu vaxt avtobusdan iki nəfər düşüb bizim üstümüzə cumdü, sonra da bıçaq çıxarıb bizi vurdular”.

Zərərçəkən Xəyal Əhmədov da eyni məzmunlu ifadə verərək H.Becanovun dediklərini təsdiqləyib. Məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra hakimlər kollegiyası zala daxil olduqda hər kəs ayağa qalxıb. Bu zaman təqsirləndirilənlərdən biri valideynlərinə “Bir də hakim gələndə ayağa qalxmayın, onlara ibadət etməyin” deyib.

Cinayət işinin tədqiq zamanı məlum olub ki, təqsirləndirilənlərdən dəstə başçısı Nurəddin Xəlilov dəstənin digər üzrü Fəxri Şirinzadənin həyat yoldaşı ilə münasibətdə olub. F.Şirinzadənin arvadı ilə mesajlaşan N.Xəlilov bir müddət sonra əqidə yoldaşına bu barədə məlumat verib. Lakin ona “sənin arvadın pis yoldadır” deyib, özü haqda heç nə deməyib. Bundan sonra F.Şükürzadənin həyat yoldaşından heç bir məlumat alınmayıb. Təxminən 1 ay sonra isə qızına vəziyyətinin pis olduğu ilə bağlı mesaj yazıb. Bu günə kimi F.Şirinzadənin həyat yoldaşının taleyi barədə bir məlumat əldə edilməyib. Tədqiqatçılar onun öldürüldüyü qənaətindədirlər.

Məhkəmə prosesi noyabrın 15-nə təxirə salınıb. Qeyd edək ki, cinayət işi üzrə Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadə təqsirləndirilir. Qeyd olunan şəxslər dövlət əleyhinə yönələn addımlar atmaqda, silahlı qrup yaratmaqda, dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşməniçilik yaratmaqda, oğurluqda, quldurluqda ittiham olunurlar.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın