Ana səhifə / İqtisadiyyat / Roqozin Cənubi Koreya kəşfiyyatını lağa qoydu: “Erməni radiosu”na oxşayır…”

Roqozin Cənubi Koreya kəşfiyyatını lağa qoydu: “Erməni radiosu”na oxşayır…”

Rusiyanın vitse-premyeri Dmitri Roqozin Cənubi Koreya kəşfiyyatının Pxenyanın keçirdiyi ballistik raket sınağına dair şərhini lağa qoyub.

Virtualaz.org xəbər verir ki, Roqozin Seulun Şimali Koreya ballistik raketinin hissələrinin Rusiyadan alındığına dair bəyanatını özünün Twitter bloqunda şərh edərək bunu tamamilə qeyri-ciddi, lətifəyə oxşayan və “Erməni radiosu”nu xatırladan bəyanat adlandırıb.

“Biz raket texnologiyalarının yayılmaması rejiminə dəqiq əməl edirik, mənim rəhbərlik etdiyim ekspert komissiyası heç vaxt Şimali Koreyaya bu cür texnologiyaların verilməsini müzakirə etməyib. Bu informasiya tamamilə mənasız və axineyadır, heç yarım faiz də doğru deyil”-Roqozin yazıb.

Fevralın 7-də Şimali Koreya uğurlu raket sınağı haqda elan edib. Şimali Koreya raketi kəşfiyyat peykini orbitə çıxarıb. BMT Təhlükəsizlik Şurası təcili toplanaraq Pxenyanın raket sınağını pisləyib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın