Bazar , Noyabr 29 2020
Ana səhifə / Araşdırma / Məsciddə “canlı bomba” belə yaxalandı – Video

Məsciddə “canlı bomba” belə yaxalandı – Video

Türkiyədə cümə namazı zamanı vətəndaşlar “canlı bomba”nı ələ keçiriblər.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məsciddə xütbə oxunan zaman bir nəfərin ayağa qalxıb imama tərəf qaçması vətəndaşlar arasında çaxnaşmaya səbəb olub. İmamın əlindən mikrafonu alan 20-25 yaşlı kişinin “canlı bomba”yam dediyi ehtimal edilir. Vətəndaşlar tərəfindən zərərsizləşdirilən kişi polis tərəfindən nəzarətə götürülüb.

Şahidlərdən birinin sözlərinə görə, qara geyimli saqqalı, belində isə sarı məftillər olan kişi məscidi partladacağını deyib.

Məsciddə “canlı bomba” belə yaxalandı -  Video

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın