Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “MÖHTƏŞƏM 100 GÜN” lotereyasının qalibləri məlum

“MÖHTƏŞƏM 100 GÜN” lotereyasının qalibləri məlum

Lotereyada Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanıldı.

Spar və Araz Supermarketlər şəbəkəsi tərəfindən öz müştəriləri üçün təşkil edilən “MÖHTƏŞƏM 100 GÜN” adlı stimullaşdırıcı lotereyasının qalibləri 30 iyun 2016-cı il tarixində məlum oldu. Paytaxtın Alov Qüllələr kompleksində, Fairmont otelində baş tutan final mərhələ hələ uzun müddət özünün möhtəşəmliyi ilə yaddaşlarda qalacaq.

Yüzlərlə müştərilər qalib olmaq arzusu ilə Fairmont otelində toplaşmışdı. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda Xudaverdiyevin və İlahə Şıxlinskayanın aparıcılığı ilə tədbir musiqili qonaqların iştirakı ilə davam etdi.

Lotereyada tiraj komissiyasının şahidliyi ilə Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanıldı.

İlk öncə 5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan,  5 ədəd telvizor, 10 ədəd planşet, 15 ədəd telefon və 20 ədəd tozsoran öz sahibini tapdı.

Uduşlu tirajda İlyasova İradə Ərşad qızı “Toyota Corolla”, Dadaşova Sevil Bilal qızı “Toyota Camry”, Ömərov Azər Nüsrət oğlu “Toyota Prado” avtomobilini, Mikayılzadə Aydan Firuz qızı “Kristal Abşeron” şirkətinin Xırdalandakı yaşayış kompleksindən 2 otaqlı mənzili qazandı.

Canlı yayımda əsas qaliblər ilə əlaqə saxlanılaraq onlara Araz və Spar marketlərin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verildi. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin sevinclərinin həddi-hüdudu yox idi. “Toyota Corolla” və “Toyota Camry” avtomobillərini qazanan xanımlar

uduş mərasiminin keçirildiyi məkana gələrək “AzRetail” MMC-yə öz təşəkkürlərini bildirdilər.

Hətta Fatmai kəndində yaşayan və 2 otaqlı mənzili qazanan Aydan Mikayılzadə sevincindən ağlayırdı.

Əsas hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və 30 ütü də oynanıldı.

Oyunun daha maraqlı və həyacanlı məqamlarından biri də tədbirdə işrirak edən müştərilər tərəfindən lototronun özləri tərəfindən fırladılması və kuponların çıxarılması idi.

Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə “Araz” marketlərində yerləşdirilən lotereya qutularının ağzı öncədən möhürlənərək xüsusi çəkiliş qurupları ilə 30 iyun tarixində “Fairmont” oteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılmışdı. “Möhtəşəm 100 gün” lotereyasının şərtlərinə görə “Araz” və SPAR marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanırdı.

Qaliblərin adları elan olunaraq Tiraj komissiyasına təhvil verildi. Eyni zamanda qaliblərin siyahısı www.arazmarket.az saytında və Arazmarket və Sparmarketin facebook səhifəsində yayımlanmışdır.

sp

sp1

sp2

sp3

sp4

sp5

sp6

sp8

sp9

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın