Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Keçmiş polis zabiti həbsxanada ölüb

Keçmiş polis zabiti həbsxanada ölüb

Azərbaycanda məhkum vəfat edib.

APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan, 1957-ci il təvəllüdlü Məcid Balış oğlu Quliyev xəstəlikdən dünyasını dəyişib.

Keçmiş polis zabiti, mayor olan M. Quliyev 2013-cü ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın