Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / 84 yaşlı qadını 13 manata görə öldürüblər- 19 yaşlı gəncin məhkəməsi

84 yaşlı qadını 13 manata görə öldürüblər- 19 yaşlı gəncin məhkəməsi

84 yaşlı qadını öldürən 19 yaşlı şəxsin məhkəməsi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qətl törətməkdə təqsirləndiriən İlham Alsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hazırlıq iclasında İlham Aslanovun anket məlumatları dəqiqləşdirilib.

Tükürpədici qətl hadisəs Qubada baş verib və üstü açılıb. Ötən il iyunun 27-də Quba Rayon Polis Şöbəsinə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini 1998-ci il təvəllüdlü İlham qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanı öldürdüyünü etiraf edib.

O, deyib ki, yaşlı qadının evinə girərək onu iplə boğub. İ.Aslanov öldürdüyü 84 yaşlı qadının evindən 13 manat pul aparıb.

Növbəti məhkəmə prosesi martın 15-nə təyin edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın