Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İlhamə Quliyevanın 2,7 milyonluq əmlakını ələ keçirmək istəyən köməkçisinə 8 il cəza istənildi

İlhamə Quliyevanın 2,7 milyonluq əmlakını ələ keçirmək istəyən köməkçisinə 8 il cəza istənildi

Mərhum müğənni İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror bildirib ki, Mehriban Hüseynova müğənni İlhamə Quliyevanın 2 milyon 700 min manat dəyərində olan daşınan və daşınmaz əmlakını ələ keçirməyə cəhd edib. O, bildirib ki, M.Hüseynova bu məqsədlə saxta vəsiyyətnamə hazırlayıb. Prokuror Mehriban Hüseynovanın cinayət əməlinin istintaq zamanı şahidlərin ifadəsi ilə də sübuta yetirildiyini bildirib. O, M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
M.Hüseynovanın vəkili müdafiə çıxışı üçün vaxt istəyib.
Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib.
Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın