Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Lavrov və Çavuşoğlu görüşdü – “Hər kəs cəzasını alacaq…”

Lavrov və Çavuşoğlu görüşdü – “Hər kəs cəzasını alacaq…”

Türkiyədə rus səfirinin öldürülməsindən sonra hər iki ölkənin Xarici işlər naziri Rusiyada görüşüb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Sergey Lavrov və həmkarı Mövlud Çavuşoğlu səfir Andrey Karlovun ölümünün hər iki ölkənin münasibətini pozmağa yönəldiyini deyib. Rusiya XİN rəhbəri səfirin qətlini alçaq terror hadisəsi adlandırıb. O, hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyəyə minnətdar olduğunu deyib.

Həmkarı ilə söhbət zamanı Mövlud Çavuşoğlu bildirib ki, bu terror aktının törədilməsi və təşkil edilməsinin bütün təfərrüatları tezliklə aydınlaşdırılmalıdır. O, “Andrey Karlovun ölümündə günahkar olan hər kəs cəzasını alacaq. Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı veriləcək ”,-deyib.

Lavrov və Çavuşoğlu görüşdü -  “Hər kəs cəzasını alacaq...”
Lavrov və Çavuşoğlu görüşdü -  “Hər kəs cəzasını alacaq...”

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın