Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Araşdırma / General: “Nardaranda əməliyyat davam edəcək”

General: “Nardaranda əməliyyat davam edəcək”

Nardaranda ictimai təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq.
Bunu AzTV-yə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bildirib.
Ş.Məmmədov qeyd edib ki, Bakı şəhərinin Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan daxili işlər nazirinin müvafiq əmrinə əsasən xüsusi əməliyyatın keçirilməsi üzrə tədbirlər planı hazırlanıb: “Tədbirlər planının icrasının təmini məqsədilə Daxili İşlər Nazirliyinin polis orqanlarının və Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlayıb. Xüsusi əməliyyat tədbirləri bu gün səhər tezdən başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək və Nardaran qəsəbəsində ictimai təhlükəsizliyin, ictimai asayişin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq”.
Daxili Qoşunların komandanı bildirib ki, bütün hallarda əməliyyata cəlb olunan şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazırdır: “Qəsəbənin ərazisinə giriş və çıxış üzrə buraxılış rejiminə ciddi riayət olunur. Qəsəbə ərazisində müvafiq qurumların, o cümlədən, Daxili Qoşunların şəxsi heyəti və polis orqanlarının əməkdaşları ilə birgə xüsusi əməliyyatların keçirilməsi davam etdirilir”.

Həmçinin oxuyun

AzTv-nin “Azərbayacan” nəşriyyatında nə işi var idi? – TƏHLİL

Bir müddət bundan öncə Azərbaycan Dövlət televiziyasında (AzTV) yayımlanan materialda “Azərbaycan” nəşriyyatı rəhbərliyinin fəaliyyəti ilə …

Bir cavab yazın