Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Sumqayıtın Mədəniyyət və Turizm idarəsinin rəisi direktoru qovdu

Sumqayıtın Mədəniyyət və Turizm idarəsinin rəisi direktoru qovdu

Moderator.az-ın məlumatına görə, bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun əmrinə əsasən “28 May” mədəniyyət evinin direktoru Həmid Əsədulla oğlu Məmmədov tutduğu vəzifədən azad edildi.

Corat qəsəbə mədəniyyət evinin direktoru Namiq Balami oğlu Balamiyevə işində dönüş yaratmaq şərtilə qısa vaxt verildi.
Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Alik qızı Rəşidova və Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Alik qızı Həsənovaya əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ciddi xəbərdarlıq edildi.
Xatırladaq ki, mədəniyyət və turizm idarəsinə yenicə rəis təyin olunan Mehman Şükürov bütün mədəniyyət ocaqlarında görüşlər keçirir və ciddi tapşırıqlarını verir. İnanırıq ki, bu sahədə olan xoşagəlməz hallar və çatışmamazlıqlar tezliklə aradan qaldırılacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın