Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı

Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Səbayel Rayon Məhkəməsinin qərarı ilə Rəşad Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, R.Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur (APA).

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın