Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Deputatlığa namizəd Əflatun Amaşov Saatlı rayonunun mərkəzində seçicilərlə görüşdü

Deputatlığa namizəd Əflatun Amaşov Saatlı rayonunun mərkəzində seçicilərlə görüşdü

Oktyabrın 27-də Azərbaycan Respublikasının Milli Məglisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov Saatlı rayonunun mərkəzində seçicilərlə görüş keçirib. Rayon mərkəzinə yaxın kəndlərin sakinlərinin də qatıldıqları görüşdən öncə toplantı iştirakçıları olan media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

700-ə yaxın seçicinin qatıldığı görüşdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, veteran jurnalistlər Məzahir Süleymanzadə və Oqtay Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl deputatlığa namizəd barədə fikirlərini bölüşüblər. Çıxışlarda bildirilib ki, Ə.Amaşovun istər Azərbaycan Mətbuat Şurasının sədri kimi, istərsə də media sahəsində daha öncəki fəaliyyəti nümunəviliyi ilə diqqəti çəkib. Bu keyfiyyət namizədin səmimiliyindən, işgüzarlığından və qayğıkeşliyindən qaynaqlanıb. Topladığı təcrübə də imkan verir ki, o, Azərbaycan Respublikasının Milli Məclisi kimi mötəbər tribunada təmsilçilik hüququ qazansın.

Çıxışlarda Ə.Amaşovun ona etimad göstəriləcəyi təqdirdə seçicilərin güvənini doğrultmaq üçün əzmlə çalışacağı birmənalı vurğulanıb. Ə.Amaşov kimi şəxslərin Milli Məclisdə təmsilçiliyinin təkcə bir dairənin seçiciləri deyil, eyni zamanda bütövlükdə ölkə üçün faydalı tərəfləri üzərində dayanılıb. Saatlı camaatının noyabrın 1-də obyektiv seçim edəcəyinə dərin inam hissi ifadə olunub.

Deputatlığa namizəd Ə.Amaşov çıxışına özünün seçki kampaniyası çərçivəsində indiyədək keçirdiyi görüşlər barədə məlumat verməklə başlayıb: «Seçkiqabağı təbliğat-təşviqat kampaniyasına Qarayevkənd kəndindən başladıq. Fürsətdən istifadə edib mənimlə görüşə gələn, fikir və düşüncələrimi dinləyən, müxtəlif məsələlərlə bağlı təkliflərini səsləndirən saatlılılara minnətdarlığımı bildirirəm. Onların səmimiyyəti, xoş münasibəti məni ruhlandırdı. Eyni zamanda məsuliyyət hissimi bir qədər də artırdı. Düşündüm ki, seçici inamını doğrultmaq bir şəxsin ictimai-siyasi xadim kimi cəmiyyətdə nə qədər özünütəsdiqləmək imkanıdırsa, bir o qədər də vicdan məsələsidir. Əlbəttə, həlli mümkün olan və həllini gözləyən məsələlər var. Zənnimcə, hər bir halda münasibətdən çox şey asılıdır. Hesab edirəm ki, deputat seçicisinə münasibətdə həssas olmalıdır. Mənə etimad göstərib Milli Məclisin üzvü olmağım üçün səs versəniz, bunun qarşılığındakı ən böyük vədim həssaslığım olacaq».

Ə.Amaşov Azərbaycanda bütün sahələrdə dinamik islahatların aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlərdə başlıca məqsəd vətəndaş rifahının təmin olunmasıdır. Ümumilli Lidermiz Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və zənginləşdirdiyi siyasi kurs da məhz buna söykənir. «Əlbəttə, iş olan yerdə problemlər qaçılmazdır. Ümumən aradan qaldırılması vacib olan çətinliklər qalmaqdadır. Saatlı rayonu da bu baxımdan istisna deyil. Hesab edirəm ki, işlərin yoluna qoyulması deputat-vətəndaş münasibətlərinin səmərəliliyindən asılıdır. Münasibətləri sistemli şəkildə qurmaq üçün seçicilərlə müntəzəm təmaslar şərtdir. Deputat seçiləcəyim təqdirdə sizlərlə daim təmasda olacam. Elə bilirəm ki, münasibətlərimizin sıxlığı çətinliklərin aradan qaldırılmasında effektivlik yaradacaq, bölgənin problemlərinin kompleks həll variantlarını Milli Məclisin komitələrinə, iclaslarına daşıyacaq. Bu, dövlətimiz qarşısındakı xidmətimiz, Prezident İlham Əliyevin həyata keçirdiyi kursa sadiqliyimiz olacaq», – deyən deputatlığa namizəd əlavə edib.

Ə.Amaşov bildirib ki, uzun illər media sahəsində çalışan biri kimi kütləvi informasiya vasitələrinin problemlərinin həllinə çalışmaq da qarşısında duran mühüm vəzifələrdəndir: «Media cəmiyyətin güzgüsüdür. Həm Ümumilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev idarəçilikdə medianın rolunun vacibliyini əsaslandıran fikirlərlə çıxış edib. Mövcud istiqamətdə fundamental əməli tədbirlər də gerçəkləşdirilib. Ümumən onu demək lazımdır ki, güclü media vətəndaşların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına çalışan ən böyük ictimai institutdur. Siz seçicilərin problemləri qəzetlərdə, informasiya agentliklərində, internet saytlarda nə qədər peşəkar şəkildə işıqlandırılsa, həll variantları daha tez tapılar. Media həm də Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğinin ən effektiv yoludur. Buna görə də jurnalist fəaliyyətini stimullaşdıran, kütləvi informasiya vasitələrinin əməkdaşlarının peşəkarlıqlarının artırılmasına yönələn qanunvericilik sənədlərinin qəbuluna ehtiyac var. Etimadınızı qazanaramsa, bu istiqamdə sistemli iş aparacam».

Deputatlığa namizəd Ə.Amaşov həmçinin qeyd edib ki, vətəndaşların qayğılarına fərdi yanaşma da vacibdir. «Mətbuat Şurasına rəhbərlik etdiyim illərdə ayrı-ayrı insanlarla təmasda olmuşam. Bəzən xırda hesab etdiyimiz həyat qayğıları ilə yüklənənlərinə də rast gəlmişəm. Unutmaq olmaz ki, mənim, sənin, bir başqasının problemi bütövlükdə cəmiyyətin problemini, narazılığını doğurur. Hesab edirəm ki, deputat olmağı düşünən şəxs bu məqamı mütləq şəkildə nəzərə almalıdır. Bir telefon zəngilə həlli mümkün məsələ varsa, heç bir halda köməyini əsirgəməməlidir. Mən bu vaxtadək belə işləmişəm. Bundan sonra da eyni qaydada davam edəcəm. Hər bir Saatlı seçicisinin ümid yeri olacam. Seçiləcəyim təqdirdə nümunəvi deputat kimi təkcə saatlılıların deyil, digər bölgələrdən olan vətəndaşlarımızın da yanında olacam, qayğılarını, çətinliklərini bölüşəcəm», – deyən Ə.Amaşov fikrinə aydınlıq gətirib.

Qeyd edək ki, deputatlığa namizəd Ə.Amaşovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində oktyabrın 13-dən başlanan təmaslar 62 saylı Saatlı seçki dairəsinə daxil olan kəndlərin tam əskəriyyətini əhatə edib. Həmin görüşlərdə deputatlığa namizədin həyat və fəaliyyəti, indiyədək gördüyü işlər, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunacağı təqdirdə həyata keçirməyi planlaşdırdığı tədbirlər barədə ətraflı məlumat verilib, seçiciləri maraqlandıran suallar cavablandırılıb.

Фото Aflatun Amashov.
Фото Aflatun Amashov.
Фото Aflatun Amashov.
Фото Aflatun Amashov.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın