Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Araşdırma / Bakıdakı məşhur ticarət mərkəzindən 100 minlik oğurluq – Həbslər var

Bakıdakı məşhur ticarət mərkəzindən 100 minlik oğurluq – Həbslər var

Sabiq deputat, maliyyə fırıldağına görə saxlanılan Dünyamin Xəlilova məxsus “Globus Plaza”da 30 min manatlıq oğurluq hadisəsinin baş verdiyi ilə bağlı xəbər vermişdik.

Bildirmişdik ki, məsələ ilə bağlı plazanın 12 işçisi saxlanılıb. Araşdırmalardan sonra plazadan oğurlanan malların siyahısı çıxarılıb. Məlum olub ki, plazanın mallar olan bazasından 100 min manat məbləğində mal yoxa çıxıb.

Plazanın işçilərinin AzNews.az-a verdiyi məlumata görə, hadisədə şübhəli bilinən baş menecer və menecer köməkçisi həbs olunub. Hazırda “Globus Plaza”da rəhbər vəzifəsini icra edən Zaur Zeynalov bu gün iclas keçirib. Hadisə barədə işçilərə məlumat verən Z.Zeynalov bu məsələdə əli olan hamının cəzalandırılacağını bildirib.

Məlumat üçün bildirək ki, plazanın işçilərinin bəziləri 5, bəziləri isə 3 aya yaxındır ki, maaş almır. İşçilərin əksəriyyəti bir müddətdir ki, işə çıxmaqdan imtina ediblər. Lakin ərizə yazıb, işdən azad olunmasını istəyən əməkdaşların da ərizələri qəbul olunmur.

Qeyd edək ki, D.Xəlilovun adı “Cahangir Hacıyev işi”ndə hallandığı üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Onu da bildirək ki, françayzinqi Cahangir Hacıyevə məxsus “Harvey Nichols” brendinin mağazası da “Globus Plaza”da yerləşir. Həbslərdən sonra sözügedən şirkət adına xələl gətirdiyi üçün brendinin adını geri götürmüşdü.

 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın