Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Qadın taekvondoçumuz qızıl medalın bir addımlığında – Canlı yayım 

Qadın taekvondoçumuz qızıl medalın bir addımlığında – Canlı yayım 

Bu gün Avropa Oyunlarında taekvondoçuların mübarizəsi başlayır.

 

Axar.az xəbər verir ki, idmançılar ilk yarış günündə 2 çəki dərəcəsində mübarizə aparacaqlar.

 

Kişilər

 

58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov ölkəmizi təmsil edəcək. O, israilli Gili Haimovitslə qarşılaşacaq. Görüş saat 10:45-də başlayacaq.

 

Qadınlar

 

49 kq çəki dərəcəsində Patimat Abakarova Azərbaycanı təmsil edəcək. O, rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşacaq. Görüş bu gün saat 10:30-da başlayacaq.

 

10:37

 

49 kq çəki dərəcəsində Patimat Abakarova rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşıb. Görüş təmsilçimizin 7-1 qələbəsi ilə başa çatıb.

 

10:57

 

58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov israilli Gili Haimovitslə qarşılaşıb. Görüş təmsilçimizin 7-4 qələbəsi ilə başa çatıb. Taekvondoçumuz 1/4 finala yüksəlib.

 

14:55

 

58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov 1/4 finalda ispaniyalı Xesus Kabrela ilə qarşılaşacaq. Görüş 15:15-də start götürəcək.

 

***

 

49 kq çəki dərəcəsində Patimat Abakarova 1/4 finalda yunan İonna Koutsou ilə qarşılaşacaq. Görüş 15:30-da başlayacaq.

 

15:26

 

58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov 1/4 finalda ispaniyalı Xesus Kabrela ilə qarşılaşıb. Görüş təmsilçimizin 8-3 məğlubiyyəti ilə başa çatıb.

 

15:37

 

49 kq çəki dərəcəsində Patimat Abakarova 1/4 finalda yunan İonna Koutsou ilə qarşılaşıb. Görüş 4-2 təmsilçimizin qələbəsi ilə başa çatıb.

 

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın