Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda yük avtomobilinin gəlin maşını üzərinə aşması ilə bitən qəzanın görüntüləri yayılıb

Bakıda yük avtomobilinin gəlin maşını üzərinə aşması ilə bitən qəzanın görüntüləri yayılıb

Ötən gün Bakıda yük avtomobilinin gəlin maşını üzərinə aşması ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

“Report”un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində “90-OA-084” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil bəy və gəlini toy mərasiminin keçirildiyi şadlıq evinə apararkən qəzaya uğrayıb.

“90-JS-731” dövlət qeydiyyat nişanlı “Hyundai” markalı kiçik tutumlu yük maşını dönmə əməliyyatını yerinə yetirərkən “Mercedes” markalı avtomobilin üzərinə aşıb. Avtomobillərdə olanlardan heç biri xəsarət almayıb. Ancaq “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın