Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü – Foto

Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü – Foto

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakıda “BakuBus”ın avtobusu ilə “Nissan Qasqai”ın toqquşması nəticəsində minik avtomobilinin qadın sürücüsü ölüb.

“ Azinforum.az ” ın Criminal.az-a istinadən məlumatına görə, ölən 1967-ci il təvəllüdlü Sevda İsmayılova Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi imiş.

Universitetin ”İnformatika” kafedrasının müəllimi Sevda İsmayılova qəzadan sonra xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

S.İsmayılova Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi.

S.İsmayılovanın həyat yoldaşı isə polis zabitidir, polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ”Xəzri” istirahət Mərkəzinin baş mühasibidir.

 

Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü -  Foto

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın