Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / 22 yaşlı qızı öldürən 55 yaşlı şəxsə hökm oxundu- 14 il

22 yaşlı qızı öldürən 55 yaşlı şəxsə hökm oxundu- 14 il

Bakıda mağazada qadını zorlayaraq öldürməkdə təqdirləndirilən şəxsin məhkəməsi başa çatıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə qətl hadisəsi törətməkdə təqdirləndirilən Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və hökm oxunub.
55 yaşlı Vidadi Qarayevin 22 yaşlı Gülpəri Aslanlını qətlə yetirməsi məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən ona 14 il həbs cəzası verilib.
V.Qarayev özü törətdiyi əməli etiraf edərək bildirib ki, Gülpəri onun işlədiyi mağazaya bir neçə dəfə müştəri kimi gəlib. Daha sonra onların yaxın münasibətləri yaranıb və dəfələrlə cinsi əlaqədə olublar. V.Qarayev bunun üçün Gülpəriyə pul da verdiyini, sonuncu dəfə isə pul vermədiyi üçün Gülpərinin onu təhqir etdiyini söyləyib. V.Qarayev buna görə Gülpərini bıçaqladığını, sonra isə boğaraq öldürdüyünü deyib.
Mərhumun ailəsi isə Gülpərinin zorlanaraq öldürüldüyünü iddia edirlər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın