Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda hamilə qadın oğlanlar tərəfindən döyüldü – Video

Bakıda hamilə qadın oğlanlar tərəfindən döyüldü – Video

Ötən gecə saat 01:00 radələrində bir neçə oğlan gənc xanımı döyüblər.

“ Azinforum.az ” criminal.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksinin həyətində baş verib.

Kompleksin həyətində içərisində rəfiqələri ilə birgə olan xanım sürücü başqa bir maşının sürücüsü ilə bir-birinə yol verməmək üstündə mübahisə ediblər. Maşından düşən oğlanlar xanımlarla davaya başlayıblar. Bu zaman onlar həmin xanımlardan birini zərbə ilə yerə yıxıblar, sonra isə təpikləyiblər. Yaxınlıqdakı insanlar döyülən xanımı maşına əyləşdirərək su veriblər. Həmin xanımın hamilə olduğu deyilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, onlar qızı döyüb ürəkləri soyuyandan sonra maşına minərək aradan çıxıblar.

Zərərçəkmiş xanımın rəfiqəsinin sözlərinə görə, həmin oğlanlar qaçarkən bir neçə maşını da əziblər.

Daha sonra xanımlar izahat vermək üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinə yollanıblar.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın