Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Maaşını ala bilməyən işçi müdirinin evini yardı

Maaşını ala bilməyən işçi müdirinin evini yardı

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Xəzər rayoununun Şüvəlan qəsəbəsində villadan oğurluq edən şəxsləri saxlayıblar.

Musavat.com-un məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, fərdi yaşayış evinin qarət edilməsi ideyasını Quba rayon sakini Məhəmməd Sərdarov verib. Məhəmmədi bu cinayətə sövq edən səbəb işlədiyi yerdə müdirinin ona maaş verməməsi olub.

Məhəmməd tanışlarını da başına yığaraq, müdirindən qisas almaq üçün coxmərtəbəli fərdi yaşayış evini qarət etməyə gedib: “Hasardan tullandım içəri, qapını açdım. Çağırdım uşaqları, gəldilər. Götürdük, çıxdıq getdik”.

Tanışlar evdən əntiq ev əşyaları və velosiped oğurlayıblar. Əldə etdikləri qənimətləri isə Sabunçu bazarındada satmağa çalışıblar.

Daha sonra dəstə üzvü Rəşad Əzimovun Bakıda gizlətdiyi 19 kiloqram marixuananı da götürərək Quba rayonuna üz tutublar. Lakin onların sevinci cox çəkməyib və yolda tutulublar

Faktla bağlı araşdırmalara başlanılıb, istintaq davam etdirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın