Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakı İstintaq Təcridxanasında qiyam: qoşun yeridildi

Bakı İstintaq Təcridxanasında qiyam: qoşun yeridildi

Virtualaz.org-un vəziyyətlə tanış olan etibarlı mənbədən aldığı məlumata görə, dünən Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyam edib.

Təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.

Mənbə virtualaz.org-a bildirib ki, qiyama səbəb, dustaqların sözlərinə görə, onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib.

“Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə “söyüş” qoyduqlarını bildiriblər”, – mənbə deyib.

Virtualaz.org-a daxil olan məlumata əsasən, qiyamı yatırmaq üçün təcridxanaya qoşun yeridilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın