Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “Aztelekom”un həbsdə olan sabiq rəhbəri tibb məntəqəsinə köçürüldü

“Aztelekom”un həbsdə olan sabiq rəhbəri tibb məntəqəsinə köçürüldü

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) “Aztelekom” MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədovun səhhətində ciddi problemlər yaranıb.

Trend-in məlumatına görə, M.Məmmədov təcridxananın tibb məntəqəsinə köçürülüb. O, hazırda həkim nəzarətində saxlanılır.

Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs müddəti bir neçə dəfə artırılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın