Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda qanlı olay: küçənin ortasında öldürdülər – FOTO

Azərbaycanda qanlı olay: küçənin ortasında öldürdülər – FOTO

Salyanda 23 yaşlı gənc qətlə yetirilib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 12.30 radələrində Salyan şəhərində  üzərində bıçaq yarası olan meyit aşkar edilib.

 

Meyitin Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğluna məxsus müəyyən edilib. A. Davudovun kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

xxx

 

13:09

 

Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib. Lent.az“Report”a istinadən xəbər verir ki, təqribən 30-35 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs gizlənib. Zərərçəkənin şəxsiyyəti hələlik məlum deyil. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın